Valensiyaya daha 5 min hərbçi göndəriləcək

Dünya

02.11.2024 16:20

1278

İspaniya hakimiyyəti son daşqınların aradan qaldırılmasına kömək etmək üçün Valensiya vilayətinə əlavə 5 min hərbçi göndərəcək. 

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın Baş naziri Pedro Sançez məlumat verib.

“Hərbi hissələrdən əlavə 4000 əsgər bu gün Valensiyaya gedəcək, qalan 1000 əsgər isə sabah səhər göndəriləcək. Bu, sülh dövründə İspaniyada həyata keçirilən ən böyük silahlı qüvvələrin yerləşdirilməsidir" deyə baş nazir əlavə edib.

Sançez, həmçinin Valensiyaya daha 5000 mülki qvardiya və milli polis məmuru göndərəcəyini vəd edib. 

Töhfə Səməd

tag: İspaniya, Valensiya,Pedro Sançez , Hərbçilər,Polis, todaypress.az,