Uzaq Şərq limanlarında xaos hökm sürür

Dünya

17.09.2024 11:48

Rusiya hakimiyyəti konteynerli gəmilərin Uzaq Şərq limanlarına daxil olmasının qarşısını almaq istəyir. 

TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

İyul ayından etibarən Uzaq Şərq limanlarına konteyner axını kəskin artıb, hətta bəzi terminallar 100 faiz tutum səviyyəsinə çatıb. İdxal-ixrac balansının pozulması səbəbindən vaqon çatışmazlığı yaranıb. Nəticədə nəqliyyatın intensivliyi azalıb. 

Məlumata əsasən, səlahiyyətlilər gəmilərin sıx terminallara daxil olmasını məhdudlaşdırmağı və ya qadağan etməyi planlaşdırır. Lakin belə bir tədbir həm onların operatorları, həm də büdcə üçün itkilərə səbəb ola bilər. “Noytech Supply Chain Solutions” şirkətinin beynəlxalq avtomobil daşımalarının rəhbəri İvan Zaxarçenkonun sözlərinə görə, çatdırılma qiymətləri sentyabr ayında beş faiz artıb.

Qeyd edək ki, oxşar vəziyyət ilk dəfə 2022-ci ilin payızında yaranmışdı - həmin anda konteynerlərin daşınması üçün gündə üç əlavə konteyner qatarı ayrılmışdı. 

Töhfə Səməd

tag: Uzaq Şərq Limanları ,Rusiya ,İdxal, İxrac,Noytech Supply Chain Solutions Şirkəti ,İvan Zaxarçenko ,todaypress.az,