ÜTT: Beynəlxalq ticarət böhran içindədir
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonjo-İveala bildirib ki, ABŞ və Çin arasında tarif gərginliyinin azalmasına baxmayaraq, beynəlxalq ticarət sistemi böhran vəziyyətindədir.
TodayPress xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Direktor deyib ki, iki ölkənin bir-birinə 100%-dən çox tariflər tətbiq etməsi bütün dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu vəziyyət ölkələr arasında parçalanmaya səbəb olur və nəticədə qlobal iqtisadi sistem zəifləyə bilər.
Okonjo-İveala əlavə edib ki, belə ticarət yanaşmaları ÜTT-nin əsas prinsiplərinə, o cümlədən ən əlverişli dövlət rejiminə ziddir və təşkilatın əsaslarını sarsıda bilər.
Qeyd edək ki, mayın 10-11-də İsveçrədə keçirilən Çin-Amerika danışıqlarından sonra tərəflər əlavə tarifləri mayın 14-dən etibarən 10%-ə endirmək barədə razılaşıblar.
Türkan İsgəndərli
tag: ÜTT,ABŞ,Çin,Ticarət,todaypress.az,