ÜTT ABŞ-Çin razılaşmasından məmnundur

Dünya

12.05.2025 08:00

9

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonjo-İveala ABŞ və Çin arasında Cenevrədə başa çatan iki günlük danışıqların nəticələrindən məmnun olduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

"ABŞ və Çin arasında Cenevrədə aparılan danışıqların müsbət nəticələrindən məmnunam. Bu müzakirələr irəliyə doğru atılmış mühüm addımdır və ümid edirik ki, gələcək üçün yaxşı nəticələr vəd edir".

O hesab edir ki, hazırkı qlobal gərginliyi nəzərə alaraq, bu irəliləyiş yalnız ABŞ və Çin üçün deyil, dünyanın qalan hissəsi, o cümlədən ən həssas iqtisadiyyatlar üçün vacibdir.

Töhfə Səməd

tag: Ümumdünya Ticarət Təşkilatı,Baş direktor,Nqozi Okonjo-İveala,ABŞ,Çin,todaypress.az,