ÜST yeni qlobal epidemiya riskini açıqladı
Hazırda dünya “Marburq” virusunun epidemiyası ilə üzləşə
bilər.
TodayPress xəbər verir ki, bu barədə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb .
“Ruanda Səhiyyə Nazirliyi 30 rayondan 7-də yoluxma
hallarını aşkar etdikdən sonra ölkədə ilk epidemiyanın baş verdiyini təsdiqləyib.
Təsdiqlənmiş halların 70 faizindən çoxu Kiqalidəki iki tibb müəssisəsinin tibb
işçiləridir” məlumatda bildirilib.
Mütəxəssislər infeksiyada şübhəli bilinən bir nəfərin
Ruandanı tərk etməsindən narahatdırlar. Bundan əlavə, virusun mənşəyi və necə
yayıldığı məlum deyil.
Avqustun 22-də Estoniyadakı hərbi bazada mədə qripi
epidemiyası baş verib.
Aynur TAC
tag: Marburq, ÜST,Ruanda, İnfeksiya, todaypress.az,