ÜST və deputatların "X" hesabları sındırıldı

Dünya

19.09.2024 08:51

Bir neçə Britaniya parlamentarisinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "X" profilləri kriptovalyutanı reklam etmək üçün sındırılıb. 

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, Böyük Britaniyanın ədliyyə naziri Şabana Mahmud, Leyboristlər Partiyasının deputatları Kris Elmor və Karolin Harrisin səhifələri kiber hücuma məruz qalıb. Naməlum şəxslər ÜST-nın və Britaniyanın “Great British Menu” şousunun hesablarını da sındırıblar.

Bildirilib ki, sındırılmış səhifələrdə kriptovalyuta ilə bağlı eyni mesajlar dərc edilib, sonradan silinib.  

Günəş Mərd

tag: Kiberhücum, Sosial Şəbəkə, Böyük Britaniya ,Şabana Mahmud ,Kris Elmor ,todaypress.az,