ÜST Ukrayna və Qəzza ilə bağlı açıqlama verdi

Dünya

30.09.2024 18:20

Antimikrob müqaviməti (AMR) ciddi problemə çevrilib. Bu, Ukrayna və Qəzza zolağında döyüşlər zamanı yaralanan şəxslərin müalicəsini çətinləşdirir. 

TodayPress xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus  məlumat yayıb. 

"Antimikroblara qarşı müqavimət dünyanın ən problemli bölgələrində vəziyyəti daha da ağırlaşdırır. Hələ münaqişə başlamazdan əvvəl Qəzzada AMR-də əhəmiyyətli artım müşahidə edilmişdi. İndi bu göstəricilər bir neçə dəfə artıb" deyə ÜST rəhbəri qeyd edib.

O, AMR-nin daha çox yayılmasının əsas səbəbi kimi, insanların tez-tez təxliyyə olunmasını və buna görə də düzgün müalicə qəbul edə bilməmələrini göstərib. 

ÜST-ün baş direktorunun sözlərinə görə, hər il 1 milyondan çox ölüm halı məhz AMR səbəbindən qeydə alınır. 

Töhfə Səməd

tag: Antimikrob,AMR,Ukrayna,Qəzza,Tedros Adhanom Qebreyesus,Ümumdünya Səhiyyə Təşkilatı,ÜST ,todaypress.az,