ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı vaksinasiyaya çağırdı

Dünya

20.08.2024 14:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı vaksinasiyaya çağırıb.

TodayPress “NTV Haber”ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb.

O, bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir. ÜST rəsmisi vurğulayıb ki, əsas narahatlıq xəstəliyin çox sürətlə yayılması ilə bağlıdır:

"Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiya çevrilməsini istəmirik”.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. 

tag: ÜST, Meymunçiçəyi, Afrika, Vaksinasiya, todaypress.az,