ÜST meymun çiçəyini qlobal fövqəladə vəziyyət elan etdi
Dünya
15.08.2024 00:09
Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında baş verən epidemiyadan və
xəstəliyin qonşu ölkələrə yayılmasından sonra meymun çiçəyi xəstəliyinə
görə fövqəladə vəziyyət elan edib.
TodayPress xəbər verir ki,
bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus
avqustun 14-də bildirib.
"Bu,
hamımızı narahat etməli olan bir şeydir" dedi.
Qeyd edək ki, meymun çiçəyi virusu patogeni yoluxmuş şəxslə sıx təmasdan keçir.
Adətən xəstəlik yüngül keçir, lakin bəzi hallarda irinli lezyonlar yoluxmuş
şəxsin bütün bədəninə yayılmağa başlayır və nəticədə ölümlə nəticələnir.
Aytac Müşfiq
tag: ÜST,meymun çiçəyi,Pandemiya,todaypress.az,Konqo Demokratik Respublikası,