ÜST-dən xəbərdarlıq: Dünya əhalisi kifayət qədər aktiv deyil
Dünya
28.06.2024 13:00
Əhalisinin təxminən 1/3 hissəsi və ya 1,8 milyard insan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fiziki fəaliyyətlə bağlı dərc etdiyi təlimatlara əməl etmir. Bu səbəbdən bir sıra ciddi, o cümlədən ürək-damar və onkoloji xəstəliklərə məruz qalırlar.
TodayPress xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
Bildirilib ki, 2010-2022-ci illər ərzində dünyada fiziki fəaliyyətlə məşğul olmayan yetkinlərin sayı 5 faiz artıb. Bu tendensiya belə davam edərsə, o zaman 2030-cu ildə bu göstərici planetin əhalisinin 35 faizini təşkil edəcək.
ÜST xatırladıb ki, böyüklər gündə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki məşqlər etməlidir.
Günəş Mərd
tag: ÜST, Dünya, Əhali, Fəaliyyət, Səhiyyə, todaypress.az,