ÜST-dən saxta dərman xəbərdarlığı
Dünya
22.06.2024 09:21
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib.
TodayPress xəbər verir ki, ÜST bu səbəblərdən dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirərək, saxta dərmanların insan sağlamlığına zərərini vurğulayıb. ÜST öz bəyanatında aşağıdakı bəyanatları vurğulayıb. “ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir” deyə açıqlamada bildirilib.
Qeyd edək ki, semaqlutidlər 2-ci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlardır.
GÜNEL