ÜST ABŞ-nin təşkilatdan çıxma istəyinə cavab verdi

Dünya

21.01.2025 16:45

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin təşkilatdan çıxmaq qərarından təəssüflənir".   

TodayPress xəbər verir ki, bu barədə ÜST-ün rəsmi nümayəndəsi Tarik Cazareviç bildirib. 

Beynəlxalq təşkilatın nümayəndəsi ÜST-ün bütün dünyada insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasında əsas rol oynadığını vurğulayaraq, ABŞ hakimiyyətinin öz qərarına yenidən baxacağına ümid etdiyini bildirib. 

Xatırladaq ki, yanvarın 20-də respublikaçı Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlayıb. Ağ Evin yeni sahibinin ilk qərarlarından biri ölkənin ÜST-dən çıxması olub. 

Töhfə Səməd

tag: ÜST,ABŞ,Tramp,Qərar,Tarik Cazareviç,Todaypress.az,