ÜST: 400-dən çox insan naməlum xəstəliyə yoluxub
Dünya
09.12.2024 09:39
Konqo Demokratik Respublikasında (KDR) oktyabrın 24-dən bəri 400-dən çox insan naməlum xəstəliyə yoluxub, onlardan 30-dan çoxunun həyatını xilas etmək mümkün olmayıb.
TodayPress xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, oktyabrın 24-dən dekabrın 5-dək Panzi sağlamlıq zonasında (Kvanqo əyaləti) 406 naməlum xəstəliyə yoluxma halı qeydə alınıb. Xəstəliyin əsas simptomlarına yüksək hərarət, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir.
Ən çox yoluxma halları, əsasən, beş yaşına qədər olan uşaqlarda qeydə alınıb.
ÜST rəsmiləri qeyd ediblər ki, ölkədə diaqnostika imkanlarının məhdud olması xəstəliyin əsas səbəbinin müəyyənləşdirilməsini ləngidir.
ÜST mütəxəssisləri vurğulayıblar ki, klinik təzahürlər və simptomlar nəzərə alınmaqla, kəskin pnevmoniya, qrip, COVID-19, qızılca və malyariya xəstəliyinin potensial səbəbləri ola bilər.
Günəş Mərd
tag: Yoluxma ,Məhdud, Uşaq, Qızılca, todaypress.az,