Usık Ukrayna prezidenti olmayacaq

Dünya

26.08.2024 11:18

Ukraynalı boksçu Aleksandr Usik Ukrayna prezidenti olmaq fikrini dəyişdiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

İdmançı siyasi karyera ilə maraqlanmadığını bildirib: 

“Mən siyasətə inanmıram. Mənim üçün siyasət odur ki, bəzən etmək istəmədiyini söyləməli olursan. Amma mən bunu istəmirəm. Vicdanım buna razı olmaz”.

Xatırladaq ki, ötən ilin yayında Usik Ukrayna prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirmişdi.

Töhfə Səməd

tag: Aleksandr Usik, Ukrayna, Boks, Prezident,Namizəd, todaypress.az,