Uşaqsızlığa görə vergi tətbiq oluna bilər
Dünya
10.10.2024 14:00
Rusiyada uşaqsızlığa görə verginin tətbiqi
müzakirə olunur.
TodayPress xəbər verir ki, deputatlar
bununla bağlı hələlik konkret qərar açıqlamayıblar.
Dövlət Dumasının deputatı Yevgeni
Fedorov hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri
müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək.
Bununla belə, deputat Yaroslav Nilov
hesab edir ki, belə bir tədbir vəziyyəti daha da pisləşdirə bilər.
Dövlət Dumasının Ailənin Müdafiəsi,
Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da
verginin tətbiqi ideyasını pisləyib.
Onun sözlərinə görə, uşaqsızlığa görə
vergi rusiyalılar arasında qorxu və hakimiyyətə inamsızlıq yaradacaq.
Deputat gənc ailələri uşaq sahibi
olmaqdan çəkindirən problemlərin ilkin mərhələdə həllini təklif edib.
tag: Rusiya, Uşaq, Vergi, Qanun, todaypress.az,