Uşaqları rus dilini bilməyən miqrantlar cərimələnəcək
Dünya
01.02.2025 05:05
Rusiyada miqrantların
övladları rus dili imtahanından keçə bilməsə və məktəbə daxil olarsa,
cərimələnəcək.
TodayPress xəbər verir ki, müvafiq qanun layihəsi Rusiya Təhsil Nazirliyi tərəfindən
hazırlanıb.
İmtahandan
keçməyən azyaşlı əcnəbilər bir ay ərzində əlavə rus dili hazırlığı
proqramlarına başlamazsa, onlar haqqında məlumat qəyyumluq orqanları tərəfindən
Rusiya Daxili İşlər Nazirliyinə və Yetkinlik yaşına çatmayanların İşləri və Hüquqlarının
Müdafiəsi Komissiyasına göndəriləcək. Bundan sonra onların valideynləri
övladının təhsili ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiklərinə
görə inzibati məsuliyyətə cəlb olunacaqlar.
Bununla belə,
uşağın rus dilini bilməsinin təhsili başa çatdırmaq üçün kifayət etmədiyinə
inanmaq üçün əsas varsa, o, təkrar imtahana göndərilə bilər.
tag: Cərimə, Miqrant, UKrayna, Rusiya,Rus, todaypress.az,