Uşaqlar terrorun qurbanı olur – BMT-dən tükürpədən HESABAT
Dünya
14.06.2024 17:17
Birləşmiş Millətlər Təşkilatının 2023-cü il Uşaq və Silahlı Münaqişə hesabatında terror təşkilatı PKK/YPG tərəfindən Suriyada uşaq hüquqlarının pozulduğu açıqlanıb.
TodayPress Türkiyə KİV-ə istinadən xəəbəər verir ki, sənəddə quruplaşma tərəfindən oğurlanan və silah verilən uşaqların sayı da yer alıb.
Məlumata görə, terror təşkilatı 2023-cü ildə Suriyada 231 uşağı zorla sıralarına cəlb edib. Münaqişə zonalarına göndərilən uşaqların yaşı 9-17 arasında dəyişir.
PKK/YPG-nin uşaqlara qarşı tətbiqləri bununla məhdudlaşmır.
Aralarında əcnəbi vətəndaşların da olduğu 800-dən çox uşaq terror təşkilatı tərəfindən müxtəlif silahlı qruplaşmalarla əlaqədə olduqları iddiası ilə saxlanılıb.
PKK/YPG və onların digər strukturları 2023-cü ildə 8 uşağı ya öldürüb, ya da şikəst edib.
Bundan əlavə, terrorçular fəaliyyətləri üçün 31 məktəb və xəstəxanadan istifadə ediblər.
Günəş Mərd
tag: Uşaqlar,Terror, BMT, Hesabat, Türkiyə,todaypress.az,