Uşaqlar arasında təhlükəli virus yayılır

Dünya

17.09.2024 19:15

ABŞ-də uşaqlarda iflicə səbəb olan “Enterovirus D68” virusu sürətlə yayılır. 

TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.  

Qeyd olunub ki, ölkə daxilindəki tullantı sularında yüksək səviyyədə EV-D68 nuklein turşuları aşkar edilib. 

Nəşr vurğulayır ki, iflicdən əlavə, EV-D68 uşaqlarda sinir sisteminin zədələnməsinə və əzaların zəifliyinə gətirib çıxarır.

Mütəxəssislər 2024-cü ilin avqustunda ABŞ-nin çirkab sularında aşkar edilmiş virus hissəciklərinin sayında kəskin artım olduğunu bildiriblər.  

Günəş Mərd

tag: ABŞ, Uşaqlar, EV-D68, Çirkab Sular ,Mütəxəssislər, todaypress.az,