Üsamə bin Ladenin Fransada yaşayan oğlunun geyimi gündəm oldu

Dünya

13.06.2024 08:53

2011- ci ildə ABŞ-nin keçirtdiyi əməliyyatda öldürülən Əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin oğlu Ömər bin Laden Fransadakı həyat tərzi ilə gündəm olub.

TodayPress xarici mtəbuata istinadla xəbər verir ki, rəssam və yazar  olan Ömər bin Laden Fransanın Normandiya şəhərində həyatını davam etdirir. Sosial mediada Rok-n Roll tərzi ilə yayımladığı fotolar və sevgilisi ilə əl-ələ tutması sosial media istifadəçilərin marağına səbəb olub.

Qeyd edək ki, Ömər bin Laden bir ara Misirdə yaşamışdı. 2010- cu ildə Reutersə verdiyi müsahibəsində özünün və qardaşlarının yaxşı insan olmaq istədiklərini ancaq Əl-Qaidə liderinin övladları olduqları üçün bir sıra sıxıntılar yaşadıqlarını söyləmişdi.

GÜNEL

tag: Əl-Qaidə, Terror təşkilatı,Üsamə bin Laden, Misir, todaypress.az,