Uşakov: “Zelenski danışıqlar yox, “Qələbə Planı” təklif etdi”
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Moskvaya danışıqların aparılmasını təklif etməyib. Bunun əvəzinə o, “Qələbə Planı”nı təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Eşitdim ki, ötən gün o, danışıqlar planı deyil, “Qələbə Planı” təklif edib. Bu, çox şey ifadə edir” deyə Uşakov jurnalistlərə bildirib.
Xatırladaq ki, oktyabrın ortalarında Zelenski beş bəndlik “Qələbə Planı” və daha üç bəndlik “gizli əlavə”ni təqdim etdi. Kreml isə “Qələbə Planı”nı Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola biləcək əsassız təkliflər adlandırıb.
Töhfə Səməd
tag: Rusiya, Prezident, Yuri Uşakov, Ukrayna, Qələbə Planı, todaypress.az,