Uşakov: “ABŞ bizi daha çox məyus edir, nəinki biz onları”

Dünya

09.05.2025 01:30

14

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ-nin fəaliyyətinin Moskvada daha dərin məyusluq yaratdığını bildirib. 

TodayPress xəbər verir ki, o, bu fikirləri “VGTRK” jurnalisti Pavel Zarubinə verdiyi müsahibədə səsləndirib. 

Müsahibədən fraqmentlər jurnalistin “Telegram” kanalında yayımlanıb.

“Bəli, biz bəzən amerikalıları məyus edə bilərik. Amma onlar bizi daha çox məyus edirlər” deyə Uşakov ABŞ rəsmilərinin Rusiya ilə bağlı “əsassız gözləntilər”ə dair açıqlamalarını şərh edərkən vurğulayıb.

Prezident köməkçisinin sözlərinə görə, Tramp administrasiyası Moskvanın əsas tələblərini müəyyən qədər anlayır, lakin bu tələblər yalnız qismən nəzərə alınır.

“Onların ümumilikdə nəyə nail olmaq istədiyimizi dərk etdiklərinə dair əlamətlər var. Amma bizim mövqelərimizin əksəriyyəti hələ də nəzərə alınmır” deyə o əlavə edib.

Qiymət Mahir

tag: ABŞ ,Kreml,Rusiya , Yuri Uşakov ,todaypress.az,