Uruqvayın keçmiş prezidenti vəfat etdi

Dünya

14.05.2025 08:34

11

Xərçəng xəstəliyindən əziyyət çəkən Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə Uruqvay Prezidenti Yamandu Orsi “X”də məlumat verib.

“Dərin kədər hissi ilə yoldaşımız Muxikanın vəfatını bildiririk” o yazıb.

Qeyd edək ki, X. Muxika 2010-2015-ci illərdə Uruqvayın prezidenti olub. Daha sonra vəzifəsini tərk edərək yerli Senata seçilib və 2018-ci ildə vaxtından əvvəl istefa verib.

tag: Xərçəng, Uruqvay, Xose Muxika, Prezident, todaypress.az,