Uruqvaya uçan təyyarə Braziliyada məcburi eniş etdi
Dünya
02.07.2024 01:35
İspaniyanın paytaxtı Madriddən Uruqvayın paytaxtı
Montevideoya gedən “Air Europa”-ya məxsus təyyarə "şiddətli turbulentlik”
səbəbindən Braziliyanın Natal Beynəlxalq Hava Limanına məcburi eniş edib.
TodayPress xəbər verir ki “Air Europa”-nın "X" hesabında verilən açıqlamada, "Montevideoya uçan təyyarəmiz güclü
turbulentlik səbəbindən Natal Beynəlxalq Hava Limanına normal eniş edib”
ifadələri yer alıb.
Yeni təyyarə gələnə qədər sərnişinlər Braziliyanın Natal şəhərindəki
otelə yönləndirilib.
Təyyarədə olan bir sərnişin X hesabında "10 saatlıq yoldan
sonra 300 nəfər Natal Hava Limanına eniş etməli oldu" deyə paylaşım edib.
tag: Braziliya, Uruqvay, İspaniya, Natal, todaypress.az,