Ursula fon der Leyenə pnevmoniya diaqnozu qoyuldu

Dünya

03.01.2025 18:43

Avropa Komissiyasının sədri Ursula fon der Leyenə ağır pnevmoniya diaqnozu qoyulub. 

TodayPress xəbər verir ki, bu barədə Komissiyanın nümayəndəsi  Stefan de Keersmaeker “PAP”a müsahibəsində bildirib 

Onun sözlərinə görə, fon der Leyen bu səbəbdən yanvarın ilk iki həftəsində vəzifəsini yerinə yetirməyəcək. 

Agentlik vurğulayıb ki, fon der Leyenin səhhəti ilə əlaqədar Avropa Komissiyasının yanvarın 9-10-da Qdanskda keçirilməsi planlaşdırılan iclası  daha sonrakı tarixə təxirə salınacaq.

Bundan əlavə, fon der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqında sədrliyinin başlanması ilə bağlı mərasimdə iştirak edə bilməyəcək.

Günəş Mərd

tag: Avropa ,Komissiya, Pnevmoniya ,Ursula, todaypress.az,