Ursula fon der Leyen AK-nin rəhbəri seçildi

Dünya

18.07.2024 17:30

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ursula fon der Leyeni ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə seçib. 

TodayPress xəbər verir ki, bu barədə AK-nin internet saytında məlumat yayımlanıb. 

Avropa Parlamentinin 720 üzvündən 401-i fon der Leyenin leyhinə səs verib.

Qeyd edək ki, Von der Leyen 2019-cu ilin dekabr ayından AK-nin rəhbəri vəzifəsində çalışır. 

Günəş Mərd

tag: Avropa, Parlament, Strasburq, AK, Sədr, todaypress.az,