Uqanda ordusunun komandanı ABŞ səfirini hədələdi
Uqanda silahlı qüvvələrinin komandanı Muhoozi Kainerugaba Amerika səfiri Uilyam Poppu Prezidentə hörmətsizlik və qeyri-diplomatik davranışa görə ölkədən qovulacağı ilə hədələyib.
TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Əgər ABŞ-nin hazırkı səfiri bazar ertəsi səhərə qədər Prezident Yoveri Musevenidən ölkəmizdəki qeyri-diplomatik davranışına görə şəxsən üzr istəməsə, biz ondan Uqandanı tərk etməsini tələb edəcəyik” deyə o, vurğulayıb.
Hərbçi qeyd edib ki, Uqanda hakimiyyəti ilə səfir arasında münaqişə onun ölkə Prezidentinə hörmətsizliyi səbəbindən baş verib.
tag: Uqanda ,ABŞ, Prezident ,Münaqişə ,Muhoozi Kainerugaba ,todaypress.az,