Ümidsizliyin hökm sürdüyü Qəzza: Məcburi köç davam edir
Dünya
12.07.2024 18:10
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) 9 aydır ki, hücum altında olan Qəzza zolağında heç bir yerin təhlükəsiz olmadığını deyib.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, ağır hücumların davam etdiyi Qəzza zolağında hər yerdə dağıntı və ümidsizlik hökm sürür.
"Ailələrin məcburi köç mərhələsi davam edir. Bəziləri məktəblərə və zədələnmiş binalara sığınır, bəziləri isə müvəqqəti çadırlarda yaşayır. İnsanlar tükənib" deyə UNRWA yazıb.
Töhfə Səməd
tag: BMT, Qəzza, Hücum, Məktəblər, Fələstin, todaypress.az,