Ukraynaya yardıma qarşı çıxan alman partiyaları razılığa gələ bilmədi

Dünya

02.09.2024 11:29

Ukraynaya yardımla bağlı etiraz edən Almaniyanın “Sarah Vaqenknext Birliyi” (BSW) partiyası sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə əməkdaşlığı rədd edib.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, sentyabrın 1-də Türingiya əyalətində keçirilən seçkilərdə AfD-nin qələbəsindən sonra Almaniyanın bütün partiyaları koalisiya yaratmaq üçün partiya ilə əməkdaşlığa razılıq verməyib. 

“Seçicilərin bizi AfD üçün mayak kimi gördüyünü düşünmürəm. Biz sadəcə olaraq siyasi spektrdə təmsilçilikdəki boşluğu bağlayırıq” deyə BSW partiya lideri bildirib. O, “Xristian Demokrat İttifaqı” (CDU) ilə koalisiyaya razılıq verib.

Töhfə Səməd

tag: Ukrayna, Yardım ,Türingiya, Almaniya, Seçki, AfD Partiya, todaypress.az,