Ukraynaya yardım 2025-ci ildə iki dəfə azaldıla bilər

Dünya

10.10.2024 17:10

908

Ukraynaya beynəlxalq yardım 2025-ci ildə iki dəfə azaldıla bilər. 

TodayPress xəbər verir ki, Kiel Dünya İqtisadiyyatı İnstitutu bu barədə özünün araşdırmasında yazıb.     

Analitiklər növbəti il ərzində Ukraynaya yardımın əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırıbllar. 

Mümkün səbəblər arasında Avropa İttifaqı (Aİ) ölkələrinin yardımının azaldılması, həmçinin ABŞ-nin 45-ci prezidenti Donald Trampın prezident seçkilərində mümkün qələbəsi göstərilir.   

“Trampın ABŞ prezidenti seçilməsi Ukraynanı ciddi şəkildə sarsıda bilər” araşdırmada vurğulanıb.  

Tədqiqatçılar hesab edirlər ki, Ukraynaya ümumi yardım iki dəfə azaldaraq 55 milyard avroya çata bilər. O da qeyd edilir ki, 2024-cü ilin iyul-avqust aylarında Qərb ölkələri Ukraynaya hərbi yardım göstərmək əvəzinə, daha çox iqtisadiyyatın bərpasına diqqət yetiriblər. 

Günəş Mərd

tag: Ukrayna,Yardım,Avropa İttifaqı,Tramp,Tədqiqat,todaypress.az,