Ukraynaya NATO-ya üzvlük üçün konkret addımlar təklif olunacaq

Dünya

06.10.2024 11:40

Ukrayna prezidenti Volodimir Zelenski bir həftədən çoxdur ki, ABŞ-yə qələbə planını təqdim edib, lakin strategiyanın təfərrüatları və Vaşinqtonun buna reaksiyası naməlum olaraq qalır.

TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.

Qeyd olunub ki, Zelenski Almaniyanın Ramşteyn şəhərində müdafiə təmas qrupunun toplantısında yenidən qələbə planını təqdim edəcək. Adını açıqlamaq istəməyən diplomatlardan birinin sözlərinə görə, Ukrayna bu görüşdə başqa yardımlara ümid edə bilər. Xüsusilə, NATO ölkələri Kiyevə alyansa gələcək üzvlük üçün daha ​​konkret addımlar təklif etməyi düşünür.

Töhfə Səməd

tag: Ukrayna,Zelenski,Almaniya,Sülh,todaypress.az,