Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiya kəndində vuruldu

Dünya

24.12.2024 23:49

Belqorod vilayətinin Şaxovka kəndində pilotsuz təyyarə partladılıb.

 

TodayPress xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində binanın şüşələri sındırılıb, fasad və qapı kəsilib.


Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Borisov rayonunun Qruzskoye kəndinə iki dəfə hücum edib.

 

Belqorod vilayətinin rəhbəri əlavə edib ki, fəsadlar barədə məlumatlar dəqiqləşdirilir.

 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə məxsus “FPV” pilotsuz təyyarəsinin Belqorod vilayətinin Borki kəndində avtomobillərə hücumu nəticəsində bir nəfər xəsarət alıb. 


Aynur TAC

tag: Ukrayna, Rusiya, PUA, Pilotsuz Aparat, FPV, todaypress.az,