Ukraynaya məxsus 19 PUA məhv edildi
Dünya
31.07.2024 09:48
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını (PUA) vurub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin bildirib ki, hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində Neptun-MD idarə olunan raketini məhv edib.
Ukrayna tərəfdə isə vəziyyət gərgin olaraq qalır. Səhər saatlarında Kiyev vilayətində partlayış səsləri eşidilib. Hələ ki, təffərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Hazırda Kiyev də daxil olmaqla bir çox vilayətlərdə hava hücumu xəbərdarlığı qüvvədədir.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, Kiyev, PUA,Kursk, todaypress.az,