Ukraynaya İkinci Dünya müharibəsindən qalma texnikalar gətirilir?

Dünya

14.09.2024 13:05

“Qərb ölkələri Ukraynaya İkinci Dünya müharibəsindən qalma avadanlıqlar verir”. 

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov “Telegram” kanalında məlumat yayıb.

“Ukrayna bu yaxınlarda 1956-cı ildə istehsal olunmuş “Malera” haubitsalarını alıb. Hərbi təchizat təmir təlimatı olmadan göndərilib. Onları düzəltmək mümkün deyil. Daha əvvəl də 1943-cü ildə istehsal olunmuş “M101” haubitsaları göndərilmişdi” deyə Azarov bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri müasir Qərb tanklarının məhv edilməsi riskinin yüksək olduğuna görə onları döyüşlərdə istifadə etməməyə çalışır.

Töhfə Səməd

tag: Ukrayna, Qərb, Hərbi Təchizat, Silahlı Qüvvələr ,M101, Malera, todaypress.az,