Ukraynaya atılan PUA-ların qalıqları Rumıniyaya düşdü

Dünya

25.07.2024 15:14

Rusiyanın Ukraynaya atdığı “Shahed” pilotsuz uçuş aparatlarının qaılıqları ölkəmizin ərazisinə düşüb.

TodayPress xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Luminitsa Odobesku “X” hesabında yazıb.

Onun sözlərinə görə, hazırda rəsmi Buxarest yaranmış vəziyyəti və atılacaq addımları tərəfdaşlarla müzakirə edib.

Xatırladaq ki, bu barədə ilk açıqlamanı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleyşuk verib.

tag: Rusiya, Ukrayna, PUA,Shahed, Uçuş, todaypress.az,