Ukraynaya 225 milyonluq hərbi yardım – ZELENSKİ VƏ BAYDEN GÖRÜŞDÜ
Dünya
07.06.2024 15:35
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib.
TodayPress xəbər verir ki, prezidentlər arasında görüş Parisdə baş tutub. Görüşdə ABŞ dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin də iştirak edib.
ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə həmin ölkəyə 225 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib. Bayden bildirib ki, yeni yardım paketi ordunun silah-sursat, eləcə də hərbi texnika ilə təchizatına sərf olunacaq.
tag: Ukrayna, Zelenski, Bayden, Görüş, Prezident, todaypress.az,