Ukraynanın yeni XİN başçısı təyin edildi
Ukrayna Ali Radası Andrey Sibiqanı xarici işlər naziri təyin edib.
TodayPress xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyaka öz “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qərarın lehinə 258 deputat səs verib.
Xatırladaq ki, Sibiqa 2016-2021-ci illərdə Ukraynanın Türkiyədəki səfiri olub.
2021-2024-cü illərdə o, Ukrayna prezidentinin aparat rəhbərinin müavini, 2024-cü ildən isə Ukrayna Xarici İşlər Nazirinin birinci müavini kimi fəaliyyət göstərib.
Töhfə Səməd
tag: Ukrayna, Ali Rada, Andrey Sibiqan ,Yaroslav Jeleznyaka, Türkiyə ,todaypress.az,