Ukraynanın Xarkov istiqamətindəki taktikası ifşa oldu
“Ukrayna Silahlı Qüvvələri son vaxtlar Xarkov istiqamətində pilotsuz təyyarələrdən istifadə edərək tez-tez pusqu taktikasından istifadə edir”.
TodayPress xəbər verir ki, bunu vilayətin mülki administrasiyasının rəhbəri Vitali Qançev deyib.
“Ukraynalı dron operatorları “FPV” dronlarını yollara və ya damların üstünə endirərək pusquda dururlar. Hər hansısa bir obyekt hərəkət edən kimi isə havaya qalxır və ona çırpılırlar” deyə rəsmi nümayəndə əlavə edib.
Töhfə Səməd
tag: Ukrayna, Təyyarələr, Dron, Pusqu,Xarkov, todaypress.az,