Ukraynanın üç atom elektrik stansiyasının fəaliyyəti bərpa olundu
Dünya
06.12.2024 10:16
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Ukraynada üç atom elektrik stansiyasının (AES) fəaliyyətinin bərpa olunduğunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
"Ukraynada fəaliyyət göstərən üç atom elektrik stansiyası elektrik enerjisi istehsalını böyük ölçüdə bərpa edib" deyə təşkilatın rəhbəri bildirib.
Qrossi əlavə edib ki, təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən istehsalın kəskin azalmasından sonra iş bərpa olunub. Bir sıra xarici elektrik xətləri sıradan çıxıb. Söhbət Xmelnitski, Rivne və Cənubi Ukrayna atom elektrik stansiyalarından gedir.
Töhfə Səməd
tag: Ukrayna,Atom, Elektrik, Ölçü ,todaypress.az,