Ukraynanın Şərq cəbhəsi tamamilə məhv oldu
İrlandiyalı jurnalist Çey Bouz Ukrayna Silahlı Qüvvələrinin Zaporojyedəki Atom Elektrik Stansiyasına (AES) hücumlarını şərh edib.
TodayPress xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.
“Birincisi, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu, sözün əsl mənasında intihardır. Şərq cəbhəsi tamamilə məhv olub artıq. Zelenskinin Zaporojyedəki Atom Elektrik Stansiyasının bombalanması əmrini verməsi isə tamamilə dəlilikdir” deyə Bouz əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Ukraynanı nüvə terrorizmində ittiham edib. O, bildirib ki, rəsmi Kiyev qlobal enerji və ərzaq təhlükəsizliyini pozub.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 11-i axşam saatlarında Zaporojyedəki Atom Elektrik Stansiyasına hücum edib.
Töhfə Səməd
tag: Ukrayna, Şərq, Mariya Zaxarova, Rusiya,Kursk, todaypress.az,