Ukraynanın qarşılaşdığı problemlər sülhü qaçılmaz edir

Dünya

12.09.2024 09:23

“Ukraynalılar Rusiya ilə münaqişədən yorulub, sülh danışıqlarının aparılması indi daha realdır”. 

TodayPress xəbər verir ki, bunu Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində 44-cü ABŞ prezidenti Barak Obamanın keçmiş xüsusi köməkçisi Çarlz Kupçan deyib.

“Ukrayna əhalisinin demək olar ki, 50 faizi münaqişəyə son qoymaq üçün danışıqlara hazır olduqlarını bildirirlər. Düşünürəm ki, bu, onların tükənməsini göstərir" deyə Kupçan bildirib.

Bundan əlavə, Ukrayna döyüş meydanında və xarici siyasətdə problemlərlə üzləşir. Obamanın keçmiş köməkçisinin fikrincə, bütün bunlar Kiyevi sülh danışıqlarına başlamağa sövq edir.

Töhfə Səməd

tag: Ukrayna, Almaniya, Münaqişə, Barak Obama, Sülh, todaypress.az,