Ukraynanın NATO-ya qoşulmağı üçün əsas şərt açıqlandı

Dünya

20.10.2024 16:25

2821

“Ukraynanın Şimali Atlantika Alyansına daxil olması Kiyevin ölkə ərazisinə nəzarəti bərpa etməsindən sonra müzakirə edilməlidir”. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu NATO Parlament Assambleyasının sədri, amerikalı konqresmen Qerri Konnoli deyib. 

O qeyd edib ki, münaqişə davam etdiyi bir vaxtda təşkilatdan Ukrayna tərəfinə dəvət göndərilməyəcək. 

“Biz Ukraynanın öz əraziləri üzərində suverenliyini bərpa etməliyik və sonra əmin olmalıyıq ki, NATO-ya gedən yol açıqdır. İndi Ukrayna ərazisində əlbəttə ki, mürəkkəb və faciəli vəziyyət var” deyə Konnoli bildirib. 

O, əlavə edib ki, Ukraynanın bütün əraziləri qorunmaqla NATO-ya daxil olmasının tərəfdarıdır, lakin Qərbdə başqa variantlar müzakirə oluna bilər. Hazırda münaqişənin Kiyev üçün nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. 

Günəş Mərd 

tag: Ukrayna,NATO,ABŞ,Üzvlük,Təşkilat,Todaypress.az,