Ukraynanın Kurskdakı itkiləri açıqlandı

Dünya

11.01.2025 16:00

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində gedən döyüşlər zamanı 50,8 mindən çox hərbi qulluqçusunu itirib. 

TodayPress xəbər verir ki, bu barədə yanvarın 11-də jurnalistlərə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat verib.

Qeyd olunub ki, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna ordusu 50 840-dan çox hərbçi, 296 tank, 224 piyada döyüş maşını, 161 zirehli transportyor, həmçinin zirehli döyüş maşınları, avtomobillər, artilleriya qurğuları və çoxsaylı atıcı qurğular itirib. 

“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 240-a qədər hərbi qulluqçu, iki piyada döyüş maşını, bir zirehli döyüş maşını, dörd texnika, dörd minaatan və bir elektron döyüş stansiyası olub” deyə MN açıqlayıb.

Töhfə Səməd

tag: Ukrayna ,Kursk,İtki, Açıqlama,todaypress.az,