Ukraynanın Kurskda daha 12 texnikası sıradan çıxdı

Dünya

12.08.2024 22:56

Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında 12 texnikası məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov bildirib.

Bundan əvvəl Kursk vilayətində Rusiyaya məxsus “Lancet” pilotsuz təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

Qeyd edək ki, son 24 saat ərzində Ukrayna hərbçiləri 260-a qədər döyüşçüsünü itirib. Avqustun 6-dan başlayaraq Kursk yaxınlığındakı döyüş zamanı Ukrayna Silahlı Qüvvələri 1610 əsgərini itirib.

Aytac Müşfiq

tag: Rusiya,Ukrayna, Kursk ,Rusiya Müdafiə Nazirliyi,todaypress.az,