Ukraynanın Kurska hücumu 31 nəfərin həyatına son qoydu
Ukrayna ordusunun Kurska hücumu başladıqdan bu yana 31 nəfər ölüb, 143 nəfər yaralanıb.
TodayPress “TASS”a istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Xidmətindən məlumat verilib.
Yaralananlardan 79-u xəstəxanaya yerləşdirilib, onlardan 4-ü uşaqdır.
Qeyd edək ki, bir qədər əvvəl həmin hadisələr zamanı 17 nəfərin həlak olduğu, 140-dan çoxunun xəsarət aldığı bildirilmişdi. Həmin vaxt xəstəxanaya çatdırılanların sayının isə 75 nəfər olduğu açıqlanmışdı.
tag: Ukrayna, Kursk, Hücum, Xəstəxanalar, todaypress.az,