Ukraynanın Kurska genişmiqyaslı hücumu başladı

Dünya

05.01.2025 14:17

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. 

Qeyd olunub ki, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər.

Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurov da Kursk vilayətinə gəlib. Onun Kurska gəlişinin təfərrüatları hələ açıqlanmayıb. 


tag: Ukrayna,Rusiya,Kursk,Hücum,Müharibə,Todaypress.az,