Ukraynanın itkiləri açıqlandı
Dünya
15.12.2024 02:21
Ukrayna silahlı qüvvələri son sutkada 200-dən çox hərbçisini itirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son sutkada Ukrayna ordusunun
itkiləri ümumilikdə 200-dən çox şəxsi heyət, bir tank, ABŞ istehsalı olan bir
“Bradley” piyada döyüş maşını, bir zirehli döyüş maşını, yeddi motorlu maşın,
iki artilleriya silahı, bir minaatan və düşmənin bir elektron döyüş məntəqəsi
olub. Üç Ukrayna əsgəri təslim olub” nazirlik əlavə edib.
Qeyd edək ki, Ukrayna
ordusu Kursk bölgəsində 40460-dan çox hərbçisini itirib
Aynur TAC
tag: Ukrayna, Rusiya, Müharibə, ABŞ, Ölüm, İtki,todaypress.az,