Ukraynanın itkiləri açıqlandı
Dünya
06.01.2025 22:08
Ukrayna silahlı
qüvvələri son 24 saat ərzində Kursk bölgəsində 485-ə qədər şəxsi heyəti və 10
tankını itirib.
TodayPress xəbər verir ki, bu
barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, Kursk
bölgəsində döyüş başlayandan Ukraynanın 49500-ə qədər canlı qüvvə, 283 tank,
216 piyada döyüş maşını, 158 zirehli transportyor, 1500 zirehli döyüş maşını,
1418 motoatıcı ələ keçirilib.
Bundan əlavə, hərbi agentliyin məlumatına görə,
Ukraynanın itkiləri 150-dən çox hərbçi, 4 tank, iki piyada döyüş maşını, 16
zirehli döyüş maşını və bir maneəni təmizləmə maşını təşkil edib.
Aynur TAC
tag: Ukrayna, Rusiya, İtki, Müharibə, Kursk, todaypress.az,