Ukraynanın itkiləri 53 min nəfəri keçdi
Dünya
20.01.2025 16:34
Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 53 mindən çox hərbi qulluqçusunu itirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı Ukraynaya məxsus 308 tank, 236 piyada döyüş maşını, 175 zirehli transportyor, 1581 zirehli döyüş maşını, 1565 avtomobil texnikası, 378 reaktiv yaylım atəşi sistemi, 444 ədəd artilleriya qurğusu, o cümlədən 13 “HIMARS” (uzaqmənzilli ballistik raket) və 6 “MLRS” (Reaktiv artilleriya sistemi), ABŞ istehsalı olan 16 zenit-raket kompleksi məhv edilib”.
Xatırladaq ki, 2024-cü ilin 6 avqust tarixindən başlayaraq Kursk istiqamətində şiddətli döyüşlər gedir.
Nicat Osmanlı
tag: Kursk, Ukrayna,Rusiya,Müharibə,Dünya,todaypress.az,