Ukraynanın “F-16”lara ehtiyacı var – Zelenski
Dünya
10.07.2024 10:46
“Ukraynaya Rusiya ilə səmada effektiv rəqabət aparmaq üçün minimum 128 “F-16” qırıcısı lazımdır”.
TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən deyib.
"F-16”nın problemi hələ də aktualdır. Rusiya Ukraynaya qarşı hər gün 300 təyyarədən istifadə edir. Biz özümüzü müdafiə etməliyik. Bizə 128 qırıcı lazımdır” deyə Zelenski bildirib. O, Ukraynanın müttəfiqlərinin də bundan xəbərdar olduğunu vurğulayıb.
Xatırladırıq ki, iyulun 2-də Niderlandın Xarici Ticarət və Əməkdaşlıq üzrə İnkişaf naziri Ukraynaya 24 ədəd “F-16” qırıcısı və 7 təyyarə mühərrikinin ixracı üçün lisenziya verib. Lakin nə Amsderdam, nə dəki Kiyev “F-16”ların Ukraynaya çatacağı dəqiq tarixi açıqlamır.
Günəş Mərd
tag: Ukrayna, F-16 Təyyarə, Rusiya, Niderland, Zelenski, todaypress.az,