Ukraynanın əlavə 15 milyard dollara ehtiyacı var
Dünya
27.08.2024 20:38
2025-ci ildə büdcə kəsirini ödəmək üçün Ukraynanın əlavə
15 milyard dollara ehtiyacı olacaq.
TodayPress xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqalın bildirib.
Şmıqal əlavə edib ki, Ukrayna G7 ölkələrindəki
hesablardakı dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi mənfəətdən 50 milyard
dollar əldə etməklə bu problemi həll etməyi gözləyir.
O, həmçinin qeyd edib ki, Ukrayna müdafiə qabiliyyətini təmin etmək üçün 2024-cü ilin sonuna qədər əlavə 12,1 milyard dollara ehtiyac olacaq.
2022-ci ilin fevralından Ukrayna Qərb tərəfdaşlarından
100 milyard dollardan çox vəsait alıb.
Aynur TAC
tag: Ukrayna, Rusiya,G7, Denis Şmqıqal,todaypress.az,